Lənkəran şəhər Mədəniyyət Mərkəzində fərdi yaradıcılıqla məşğul olan sənətkarların və mərkəzdə fəaliyyət göstərən sənətkarlıq dərnək üzvlərinin sərgisi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.
Belə ki, “Unudulmaq üzrə olan sənətkarlıq növləri” adlı sərgidə həsirçilik, dulusçuluq, tətbiqi sənət (keramika), heykəltaraşlıq, təsviri sənət, toxuculuq, misgərlik, dəmirçilik, xalçaçılıq, oyma sənəti, bədii tikmə növlərində sənət əsərləri təqdim edilib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunub.