Lənkəran şəhərində “Turizmin inkişafı” mövzusunda seminar baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin könüllüləri üçün təşkil olunub. Burada Lənkəran RTİ-nin əməkdaşı Yunus Nəcəfov tərəfindən ölkənin və regionun turizminin keçdiyi inkişaf yolu və perspektivləri barədə məlumatlar verilib.
Sonda suallar cavablandırılıb və gənclərlə turizm mövzüsunda müzakirələr aparılıb.
Qeyd edək ki, görüş Lənkəran Regional Turizm İdarəsi tərəfindən həyata keçirilib.