Lənkəranda beşillik təhsil verən yeni üsullu “Behcət” məktəbi 15 sentyabr 1907-ci ildə indiki Ziyalılar Evinin ön hissəsindəki binada fəaliyyət göstərməyə başlamışdır [1,3].
Maarif xadimi, ölkəşünas və etnoqraf Teymur bəy Bayraməlibəyov Lənkəranda yaşayan iranlı ziyalıların adından İran səfirliyinə ərizə ilə müraciət edərək, bütün xərcləri öz üzərinə götürmək şərti ilə “Behcət” adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir [1,2]. Teymur bəyin təşəbbüsü ilə “Behcət” adlı məktəb 15 sentyabr 1907-ci ildə açılır [2].
Bu məktəbdə Azərbaycan, ərəb, fars və rus dilləri, həmçinin şəriət, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçirilirdi [2]. Mirzə Ağəli Əliyev, Mirzə İshaq Möhsümzadə, Teymur bəy Bayraməlibəyov, Seyid Hüseyn və başqaları “Behcət”də müəllim işləyirdilər [1].
“Behcət” məktəbi 1909-1910-cu illərdə uydurulmuş bəhanələrə əsasən, qubernator Alışevski tərəfindən bağlanıb [1,2]. Onun əmri ilə məktəb çar hökumətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə fəaliyyətini sona çatdırıb [3].
Hazırda məktəbin adı yazılmış daş lövhə Lənkəran Tarix-Diyarşünaslıq muzeyində saxlanılır [1].
Ədəbiyyat:
Foto Cenublu.az[/caption]