Lənkəranda şair Qulaməli Hüseynovun "Azərbaycan əsgəri", "Sorağın sənin" və "Torpaq Vətən olu" kitablarının təqdimatı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində verir.
Tədbir 25 noyabr 2023-cü il tarixində saat 14:00-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində olacaq. Maraqlananlar tədbirə dəvətlidirlər.
Qeyd edək ki, tədbir AYB Lənkəran Bölməsi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.