Lənkəran KOBİM tərəfindən “Pərakəndə ticarətdə satış və marketinq strategiyası” adlı seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində verir.
Pulsuz təlimdə 6 nəfər KOB subyekti və biznesə başlamaq istəyən şəxs qatılıb. Onlara KOB-lərə pərakəndə ticarətdə alıcı davranışı və modelləşdirilməsi, alıcı davranışına təsir edən amillər, ticarətin nəzəri-təcrübi əsasları, eyni zamanda marketinqin strateji planlaşdırılması, rəqabət mühitinin təhlili barədə ətraflı məlumat verilib.
Yekunda iştirakçıların sualları cavablandırılıb.