Lənkəranda "100 Girls of Azerbaijan" komandası qızlar üçün tədbir təşkil edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində verir.
"Cənubdan Şimala Harmoniya" layihəsi çərçivəsində keçiriləcək görüş Gənclər Evində baş tutacaq. Ustad dərsi 21 oktyabr tarixində saat 11:00-da başlayacaq.
Proqram Resource Hub, Lənkəran Gənclər Evi və Bella Azerbaijan komandalarının dəstəyi ilə həyata keçiriləcək.