Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
Tamaşa 21 yanvar saat 16:00-da təqdim olunacaq. Biletləri teatrın kassasından əldə etmək olar. Qiymət 3 manat təşkil edir.
Ətraflı məlumat üçün: (+994) 51-601-31-40; (025) 25-5-49-73.