Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbində yeniyetmə və gənclər üçün tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rəis müavini, polis polkovnik-leytenantı Rəşad Rəcəbov tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etməkdir.
Yekunda məktəblilərin sualları cavablandırılıb.