Lənkəranda yerləşən “Dosa Mall”da “Outlet garage” günləri başlayır. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində verir.
Belə ki, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının təşkilatçılığı, ABB-nin baş sponsorluğu və "Dosa Mall"un dəstəyi ilə keçirilən outlet günləri 8-12 may saat 10:00-dan 22:00-a kimi baş tutacaq.
Qeyd edək ki, alıcılar 20-dən çox məşhur dünya brendindən müxtəlif geyim və aksesuar çeşidlərini 90%-ə qədər endirimlə əldə edə biləcəklər.