Lənkəran şəhər Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində verir.
Mərasimdə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran–Astara Regional Gənclər İdman İdarəsinin rəisi Teymur Babazadə və mədəniyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri, sərgilər təqdim olunub. Həmçinin Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə bayram tədbirinə xoş ab-hava bəxş ediblər.