Lənkəranda “İnsan alverinə yox deyək!” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində verir.
Görüş C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı Uşaq musiqi Məktəbində baş tutub. Burada məktəbin şagird və müəllim kollektivi, valideynlər iştirak ediblər.
Çıxışlarda insan alveri ilə bağlı cinayət əməllərinin mənfi nəticələrindən danışılıb, belə halların cəmiyyətin sosial faciəsi olduğu vurğulanıb.
Sonda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.