Lənkəran rayon Digah kənd tam orta məktəbində “Zərərli vərdişlərə son, sağlam həyat tərzinə çağırış” adlı görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
“Lənkəran – Gənclər Paytaxtı 2024” çərçivəsində keçirilən tədbirdə idarənin əməkdaşları, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə mövzu ətrafında müzakirələr, şagirdləri narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, zərərli vərdişlər barəsində şagirdlərin sualları cavablandırılıb.
Görüş Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran–Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.