Lənkəranda “Tullantıları tinglərə dəyiş” aksiyası baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 mart tarixində verir.
Aksiya 2 aprel tarixində saat 13:00-da Lənkəran regional "ASAN xidmət" mərkəzinin qarşısında keçiriləcək.
Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Hər kəs aksiyaya dəvətlidir.