Lənkəran şəhərində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Görüş Heydər Əliyev Mərkəzində baş tutub. Burada təhsil müəssisələrinin direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Azər Cahangirov, Lənkəran RİH başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran–Astara Regional Təhsil İdarəsinin sektor müdiri Elman Rzayev və digərləri çıxış ediblər. Onlar bildiriblər ki, narkomaniya hazırda bəşəriyyəti ən çox narahat edən problemlərdən biridir.