Lənkəranda “İdman həftəsi” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçirilən tədbirdə gənclərdən ibarət 6 komanda iştirak edib.
İntellektual oyunda 1-ci yeri Lənkəran Gənclər Evinin komandası, 2-ci yeri GİKM komandası, 3-cü yeri isə “Xan skaut” komandası tutub.
Qalib komandalara Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları təqdim olunub.