Lənkəranda “Gender Bərabərliyi Fəallarının Bacarıqlarının Artırılması” multidisiplinar layihəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 fevral tarixində verir.
Layihə 19-21 aprel tarixlərində Lənkəranda baş tutacaq. Layihənin son mərhələsi olaraq baş tutacaq konfransda iştirakçılar həyata keçirdikləri fəaliyyətləri, qarşılaşdıqları çətinliklər və imkanları burada iştirak edən digər maraqlı tərəflərlə bölüşəcəklər.
Son müraciət tarixi: 1 aprel saat 23:59.
Qeyd edək ki, layihə Niderland Krallığının dəstəyi və Gender Hub Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilir.