Lənkəranda "El-oba" adlı milli adət-ənənələrin təbliğinə həsr olunmuş düşərgə keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.
Tədbir Olimpiya İdman Kompleksində baş tutub. Buraya respublikamızın müxtəlif bölgələrindən 65 gənc cəlb edilib. Onların arasında qazi və şəhid övladları da olublar.
Düşərgədə Q.Vəliyev adına Mədəniyyət Mərkəzinin “Ay lolo” rəqs qrupu, “Babalar“ xor kollektivi, “Nənələr” xalq folklor və rəqs ansamblı, “İrs” ansamblının solisti Elgün Əlizadənin çıxışları təqdim olunub.
Tədbir Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib.