Lənkəran regional “ASAN xidmət” mərkəzində könüllülərin görüşü keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 fevral tarixində verir.
Gənclər Günü ilə əlaqədar keçirilən tədbir çərçivəsində Salyan regional “ASAN xidmət” mərkəzinin könüllüləri Lənkəran regional “ASAN xidmət” mərkəzi ilə tanış olublar. Salyan və Lənkəran könüllüləri arasında müxtəlif əyləncəli oyunlar təşkil edilib.
Həmçinin könüllülər tərəfinən Lənkəranda yerləşən “Xan Evi” muzeyi ziyarət olunub.