Lənkəran “ASAN xidmət” mərkəzində yerləşən "INNOLAND"də könüllü gənclər üçün tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Görüş zamanı könüllülərə "INNOLAND"in fəaliyyəti barədə məlumat verilib.
Əlavə olaraq, tədbir çərçivəsində:
– “İnnovasiya nədir: tarixdən müasirliyə”;
– “İdeya konsepti: haradan, necə başlamalı?”;
– “Uğurlu təqdimat üçün nə lazımdır?”;
– “Startap nədir və niyə lazımdır?”;
– “İnnovasiya mühitinin təşviqi” mövzularında təlim və təcrübə proqramı təşkil olunub.