Lənkəran KOBİM tərəfindən "Kənd təsərrüfatında satış kanallarının qurulması strategiyası" adlı sessiya baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 dekabr tarixində verir.
Seminara 6 nəfər biznesə başlamaq istəyən şəxs qatılıb. Onlara müştəriyönümlülük, satış texnikaları, ünsiyyət problemləri və müştərinin istəklərini müəyyən etmə yolları, satış kanallarının düzgün seçilməsi və individual xarakterli satış üsulları barədə məlumat verilib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.