Lənkəranda kiçikhəcmli gəmilərə nəzarət və təhlükəsizlik qaydaları üzrə maarifləndirmə görüşü təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 yanvar tarixində verir.
“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbir Sütəmurdov kəndində baş tutub. Burada kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin onlar kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı maarifləndiriliblər.
Yekunda iştirakçılara mövzu üzrə broşürlər paylanılıb.
Qeyd edək ki, görüş Fövqəladə Hallar Nazirliyinin tərəfindən həyata keçirilib.