Lənkəran Dövlət Dram Teatrının heyəti Lənkəranda yerləşən N saylı hərbi hissədə "Karlsonun macəraları" tamaşasını təqdim edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Tamaşa Od çərşənbəsi münasibətilə hərbçilərin övladları üçün nümayiş olunub.
Anar Babalının quruluş verdiyi tamaşada rolları Gülər Kərimova, Günel Abbaszadə, Vəfa Hacızadə, Teymur Hacızadə və Nizami Qurbanov ifa ediblər.