Lənkəranda "Fibonacci" intellektual oyunu baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş oyun Heydər Əliyev Mərkəzində keçirilib. Burada 18 komanda biliklərini sınayıb.
Yekunda ilk 3 yeri tutan komandalar:
- "Golten Ratio" (1-ci yer);
- "One minute" (2-ci yer);
- "İnterstellar" (3-cü yer) diplom, kubok və hədiyyələrlə təltif olunub.
Yarışma Heydər Əliyev Mərkəzi, GİKM-in Lənkəran–Astara regional nümayəndəliyi, “Secret” kitab evi, “Xan” skaut dəstəsi və Lənkəran Klubu tərəfindən təşkil edilib.