top
Lənkəranda iftar menyusu təklif edən restoranlar
15 mart 2024, 04:05
- ↺ +

Lənkəranda iftar menyusu təklif edən restoranlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazan bayramı hər bir müsəlmanın böyük həvəslə gözlədiyi dini bayramlardan biridir. Bu ayda insanların sevərək oruc tutması, qohumların bir-birinin evinə gedib bayramlaşması, xanımların iftara xüsusi hazırlaşması, gözəl süfrə açıb qonaq qəbul etmələri kimi ənənələr var. Bunlarla yanaşı, bəziləri restoranlara üz tutmağı və fərqli dadlar sınamağı da üstün tuturlar.

Elə bu səbəbdən Cenublu.az Lənkəranda fəaliyyət göstərən və iftar menyusu təqdim edən restoranlar haqda kiçik bir araşdırma aparıb.

Qala Xiyabani, 26 ünvanında yerləşən “Boranı” restoranında iftar menyusuna su, xurma, firni və hər günə özəl şorba, salat, əsas yemək, qarnir və istəyə uyğun içki daxildir. 1 nəfər üçün qiymət 7 manat təşkil edir.

Dəmir yolu vağzalının yanında yerləşən “Taksim corner&lounge” restoranında başlanğıc olaraq su, peşməy, külçə, yağ, pendir, firni, çay, daha sonra paytaxt salatı, toyuq şorbası, izqara köftə və kəndsayağı kartof təklif olunur. 1 nəfər üçün qiymət 11 manat təşkil edir.

Qala Xiyabani, 17 ünvanında yerləşən “A’love” restoranında 1 nəfər üçün menyu 10 manat təşkil edir. Bura mərci şorbası, salat (çoban, paytaxt və ya mimoza), əsas yemək (qəssab köftə, plovüstü toyuq dönəri və ya süzməli tantuni ət ilə), içki (cola, fanta və ya sprite), çay (mürəbbə və ya kurabiyə) xurma və çörək daxildir.

Aşağı Nüvədi kəndində yerləşən “Khazar palace” restoranı iftar menyusuna 20 % endirim elan edib. Yəni 20 % endirim bütün seçəcəklərinizə aid ediləcək.

Lənkəran-Lerik şosesinin 8-ci km-də yerləşən “Riva Hill Resort” restoranında iftar menyusuna başlanğıc olaraq çörək, xurma və firni daxildir. Şorbalardan - mərci, çolpa, dovğa və ya göy şorbası, salatlardan paytaxt, manqal və ya mimoza, isti yeməklərdən isə dolma (qatıq ilə) və ya plov (çolpa çölmə, turşu kabab və ya çöl quşları) arasında seçim edə bilərsiniz. Həmçinin menyuya pendir assorti, tərəvəz çələngi, qazsız su və kompot daxildir. Qiymət isə 1 nəfər üçün 20 manat təşkil edir.

Haftoni qəsəbəsində yerləşən “Dad house” restoranı başlanğıc olaraq, xurma, bal, qaymaq, pendir, zeytun, pomidor, xiyar, qoz, qaysı və sıyıq təklif edir. Daha sonra günün şorbası, çoban salatı, paytaxt salatı, blinçik, ana yeməklərdən isə ət və ya toyuq seçimi var. Həmçinin restoran iftar menyusuna çay və şirniyyat da daxil edib. Menyunun qiyməti 25 manatdır. Restoranda 10% servis haqqı da mövcuddur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər