Lənkəranda "İdman həftəsi" çərçivəsində “İdman et, Çempion ol” adlı rəsm müsabiqəsi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Müsabiqədə 55 yeniyetmə və gənc iştirak edib.
Fərqlənən yeniyetmə və gənclər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və vauçeri ilə mükafatlandırılıblar. Həmçinin həvəsləndirmə üçün 11 nəfərə sertifikatlar təqdim olunub.
Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin 12 şagirdindən 2 nəfəri II və III yerlərə, 10 nəfəri isə həvəsləndirici mükafatlara layiq görülüblər.
Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.