Lənkəranda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 noyabr tarixində verir.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və elm adamları çıxış ediblər.
Bildirilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması məhz ulu öndərin adı ilə bağlıdır. Ali Qanunun qəbulu ilə dövlət quruculuğunun əsasları müəyyənləşib. İnsan hüquq və azadlıqlarının üstünlüyü prinsiplərinə əsaslanan Konstitusiya demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətlərini stimullaşdırır.