İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP. VC” şirkətinin təşkilatçılığı ilə regionlarda startap ekosistemi üzrə “INNOSTART” maarifləndirmə proqramı çərçivəsində Lənkəranda gənclərlə görüş keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 fevral tarixində verir.
1 mart saat 11:00-da Lənkəran Heydər Əliyev Mərkəzində baş tutacaq görüş startap quruculuğu mövzusunda olacaq. İştirakçılara startap qurarkən düzgün komanda formalaşdırmaq, komanda üzvlərini doğru seçmək və vəzifə bölgüsü haqqında məlumat veriləcək.
Məqsəd bölgələrdəki gənclərin potensialını kəşf etmək, onların innovativ ideyalarını dəyərləndirmək, yerli icmanın formalaşmasını təmin etmək və startap quruculuğuna həvəsləndirməkdir.
Qeydiyyat üçün link.