Lənkəran Gənclər Evində “Gəl danışaq” mövzusunda seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində verir.
Təlimdə özünü ifadə etmək bacarıqları və kütlə qarşısında təqdimatlar etməyin yolları haqqında məlumatlar verilib.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının aktyoru Emin Fərzullayev tərəfindən həyata keçirilib.