Lənkəranda “Expressbank” filialı müştərilərin xidmətinə verilib.
Cenublu.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, sayca 16-cı olan bu filial bankın cənub regionunda fəaliyyətə başlayan ilk filialıdır.
Müştərilər filiala yaxınlaşaraq kredit sifarişi, bank əməliyyatları, kart alışı, valyuta mübadiləsi, köçürmələr və digər bank xidmətlərindən yararlana bilərlər.
Ünvan: Müzəffər Nəsirli küçəsi 7 (Lənkəran Rayon Məhkəməsinin yanı).
Qeyd edək ki, “Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir.