Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” çərşivəsində ekoloji aksiya baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Aksiya Lənkəran rayonu ərazisindən keçən çayların və eləcə də Xəzər dənizinin ətraf ərazilərini əhatə edib. Belə ki, ərazilərdən bərk məişət tullantıları, müxtəlif plastik qablar, polietilen torbalar və digər tullantılar yığışdırılaraq aidiyyəti üzrə tullantı poliqonlarına daşınıb.
Tədbir Lənkəran ŞİH-nin təşkilatçılığı ilə həyata keçirilib. ŞİH əhalimizi yaşıllıqların artırılması, ətraf mühitin bərpası və qorunması səylərində fəal iştirak etməyə təşviq edir.