top
Lənkəranda çillə gecəsi keçirilib
21 dekabr 2023, 01:12
- ↺ +

Lənkəranda çillə gecəsi keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda çillə gecəsi qeyd olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində Report.az-a istinadən verir.

Milli dəyərlərimizin tərkib hissəsi olan bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilir. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayır. Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Çillədə qarpız kəsəndə deyərlər: "Ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim". Nişanlı qızlara da oğlan evindən xonçada qarpız aparılması adəti bu gün də cənub rayonlarında yaşadılır.

Tədqiqatçılar qədim təqvimlərə əsasən, Azərbaycanın milli adətlərindən olan çillə gecəsinin Yerin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsinə təsadüf etdiyini qeyd edirlər. Bu gecə şəmsi ilinin dey ayının başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və Novruz bayramına 3 ay qaldığı bir gecədir. Çillə sözü bir neçə mənada başa düşülür. 40 gün mənasında istifadə edilən bu söz daha çox ağırlığın, çətinliyin başlanğıcı mənasında başa düşülür. Qış fəsli üç hissəyə bölünür.

40 gün davam edən böyük çillənin (21 dekabr - 29 yanvar) ardınca 20 günlük kiçik çillə (29 yanvar - 18 fevral) gəlir və daha sərt olduğundan qışın “oğlan çağı” adlandırılır. Boz ay (oğru buğ) (20 fevral - 20 mart) isə bir ay davam edir.

Miladi təqvimi ilə dekabrın 20-dən 21-nə keçən çillə gecəsi, əsasən, Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda xüsusi qeyd edilir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər