Lənkəran Dövlət Dram Teatrında pulsuz tamaşa nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 oktyabr tarixində verir.
Belə ki, Çingiz Aytmatovun eyniadlı əsəri əsasında qurulan “Cəmilə” adlı romantik dram 16 oktyabr saat 18:00-da nümayiş olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı isə Azər Hacıəsgərlidir.