Lənkəran KOB İnkişaf Mərkəzi tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici sessiyalar davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində verir.
“Biznesdə risklərin idarəedilməsi” adlı təlimdə 4 nəfər iştirak edib və mövzular ətrafında suallar səsləndirilib. Həmçinin sessiyada peşəkar ekspert tərəfindən risk meyarlarının tərifi, risklərin ölçülməsi, identifikasiyası, təhlili, təsiretmə barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.