Lənkəran KOBİM tərəfindən KOB subyektləri üçün “Biznesdə rəqabət və rəqiblərin təhlili” mövzusunda maarifləndirici təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində verir.
Təlimdə 4 nəfər sahibkar və biznesə başlamaq istəyən şəxs iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən təlimdə KOB-lərə dəyişən bazar mühiti, makromühitin təhlili strukturu, dəyişən mühitdə yeni strategiyalar, rəqabət mühitinin təhlili, SPACE təhlili, eyni zamanda rəqabətli bençmarkinq, rəqiblərin təhlili parametrləri barədə ətraflı məlumat verilib.
Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.