Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Bilik Festivalı”na yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 dekabr tarixində verir.
Belə ki, 3 gün davam edən festival çərçivəsində yazıçılarla görüş, Lənkəran Peşə Təmayüllü Siniflərin şagirdlərinin əl işlərindən ibarət dekorativ tətbiqi sənət nümunələri və kitab sərgi-satış yarmarkaları təşkil olunub.
Qeyd edək ki, burada Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdi Polina Şabanova festivalın rəsm müsabiqəsində I yeri tutub.
Sonda qaliblər mükafatlandırılıblar.