Lənkəran şəhərində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət satış sərgisi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 oktyabr tarixində verir.
Açıq havada baş tutan sərgidə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Rəhim Rəhimov də iştirak edib.
Qeyd edək ki, tədbirə ictimaiyyətin marağı böyük olub və iştirakçılar sərgidə təqdim olunan əl işlərini xatirə olaraq alıblar.
Xatırladaq ki, yarmarka Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının birgə dəstəyi ilə təşkil edilib.