Dövlət Məşğulluq Agentliyinin Lənkəran–Astara Regional Məşğulluq filialının dəstəyi ilə Lənkəran şəhərində əmək yarmarkası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 aprel tarixində verir.
Yarmarka 8 aprel tarixində saat 10:00-da Heydər Əliyev Mərkəzində başlayacaq. Burada vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat təqdim ediləcək.
Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. CV nümunəsinin gətirilməsi arzuolunandır.