Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində verir.
Lənkəranda keçirilən tədbirdə işsiz və işaxtaran şəxslərə iş yerlərinə dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin yarmarkaya qatılan şəxslər Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumatlandırılıblar.