Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının dəstəyi ilə Lənkəran şəhərində əmək yarmarkası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 noyabr tarixində verir.
Lənkəranda keçiriləcək tədbirdə 20 müəssisə tərəfindən 130-dan artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. Yarmarka 30 noyabr saat 11:00-da başlayacaq.
Namizədlərin şəxsiyyət vəsiqəsi və CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Qeyd edək ki, yarmarka Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin inzibati binasında keçiriləcək.