Azərbaycanın Dövlət Məşğulluq Agentliyi Lənkəran rayonu üzrə olan işsizlərin sayı haqda açıqlama verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 oktyabr tarixində verir.
Belə ki, 2023-cü ilin oktyabr ayına olan vəziyyətə görə, Lənkəran ölkə üzrə qeydiyyata alınmış işsizlərin sayına görə 4-cü yerdədir. Burada ümumi qeydiyyata alınan işsizlərin sayı 5668 nəfərdir.
Qeyd edək ki, ölkə üzrə qeydiyyata alınmış ümumi işsizlərin sayı 230.495 nəfərdir. Onlardan 2774 nəfərə işsizliyə görə sığorta ödənişi verilir.