"Özünə inam" layihəsinin Lənkəran təhsil ocaqları üzrə təqdimatı təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.
Tədbirdə yazıçı Rövşən Abdullaoğlu, Texniki Humanitar Liseyin direktoru Mirzoyeva Kamalə və Lənkəran məktəblərinin direktorları iştirak ediblər. Burada "Üzləşmə" kitabı, layihənin uğurları, layihə istiqamətində gələcək planlar müzakirə olunub.
Qeyd edək ki, "Özünə inam" layihəsi təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə qalibidir.