Lənkəranda “Biznesdə risklərin idarə edilməsi” adlı seminar baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
Sessiyada 4 nəfər sahibkar və biznesə başlamaq istəyən şəxs iştirak edib. Onlara təlimdə risk meyarlarının tərifi, risklərin ölçülməsi, identifikasiyası, təhlili, risklərə təsiretmə mexanizmləri barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.