Lənkəran KOBİM tərəfindən “KOB subyektləri üçün biznesdə risklərin idarəedilməsi” mövzusunda təlim təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində verir.
Seminarda 6 nəfər sahibkar və biznesə başlamaq istəyən şəxs iştirak edib. Burada risk meyarlarının tərifi, risklərin ölçülməsi, risklərə təsiretmə, gözlənilməyən risklərin idarəedilməsi barədə ətraflı məlumat verilib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.