Lənkəranda sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində verir.
“Biznesdə risklərin idarəedilməsi” mövzusunda olan maarifləndirici təlimdə 6 sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Onlara risk meyarlarının tərifi, ölçülməsi, identifikasiyası, təhlili və təsiretməsi barədə ətraflı məlumat verilib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.