Lənkəran gəncləri üçün "Gənclər səhnədə" adlı təlim təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
İki hissədən ibarət seminar teatr təlimçisi Zamin Ağazadə tərəfindən keçirilib.
Belə ki, tədbirin nəzəri hissəsində:
- "Teatr və forum teatr nədir?";
- "Səhnədə aktyorun davranışı və səhnə danışığı";
- "Səhnə quruluşu və mizanı" mövzuları ətrafında diskussiyalar aparılıb.
Praktiki hissədə isə iştirakçılara səhnədə "Aktyor necə danışmalı və davranmalı?" qaydaları öyrənilib.