Lənkərandan olan gənclər üçün "Limit20" adlı təlim təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.
Seminarın keçirilməsində məqsəd gənclərin iştirakçılığının artırılması və Avropa Şurasının insan hüquqlarına istinadən ayrı-seçkilik üzrə maarifləndirilməsidir.
Qeyd edək ki, tədbir "Gənclərlə iş" sahəsi üzrə təlimçi, “Gənclərlə çalışan təlimçilər” layihəsinin iştirakçısı Rafət Şirəliyevin mentorluğu ilə həyata keçirilib.