Cənub bölgəsi üzrə cari həftədə keçiriləcək tədbirlərin afişası açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 aprel tarixində verir.
Belə ki:
23 aprel saat 11:00-da Masallı Mərkəzi Kitabxana Sistemində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə gənc oxucular üçün "Kitab bilik mənbəyidir" adlı sərgi;
24 aprel saat 10:00-da Astara Sərhəd Nəzarət Məntəqəsinin bazasında “Sərhəd” hərbi idman oyununun Respublika Final turu;
24 aprel saat 11:00-da Qızılağac Qoruğunda “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində ekoloji aksiya;
26 aprel saat 11:00-da Cəlilabad rayon Sərhədabad kənd tam orta məktəbində "Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda maarifləndirici görüş;
26 aprel tarixində Lənkəran Dövlət Universitetində “Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktik konfrans;
26 aprel tarixində Lənkəran Tibb Kollecində “Zərif insan ömrü” adlı tədbir baş tutacaq.