top
İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?
12 avqust 2026, 14:35
- ↺ +

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Universitetlərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq.

Maraqlı mövzulardan biri də imtahanlarda iki və ya daha çox abituriyentin eyni bal toplaması zamanı onların sıralanması üçün əsas meyarın necə müəyyən edilmədir.

Qaynarinfo xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 4-cü sayında eyni bal toplayan abituriyentlərin hansı ardıcıllıqla fərqləndiriləcəyi açıqlanıb.

Belə hal baş verdikdə ilk növbədə abituriyentin qəbul imtahanında topladığı ümumi bala baxılır. Cari ilin məzunları üçün isə buraxılış imtahanında əldə olunan nəticə əsas götürülür.

Əgər bu göstərici də eyni olarsa, növbəti meyar tətbiq edilir. Bu zaman abituriyentin attestatında "Tədris dili", "Ədəbiyyat", "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya" və "Coğrafiya" fənləri üzrə qeyd olunan yekun qiymətlərin ədədi ortası nəzərə alınır.

Bu göstərici də eyni olduqda abituriyentlərin riyaziyyat fənni üzrə imtahan balı müqayisə edilir.

Nəticələr yenə eyni olarsa, bu dəfə Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balına baxılır.

DİM-in məlumatına görə, I-IV ixtisas qrupları üzrə müəyyən hallarda əlavə göstəricilər də nəzərə alınır. Bunlara xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi, qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal və həmin mərhələnin imtahan fənləri üzrə nisbi balların cəmi daxildir.

Beləliklə, eyni yekun bal toplayan abituriyentlərin sıralanması təsadüfi seçimlə aparılmır. Namizədlər əvvəlcədən müəyyən edilmiş meyarlar üzrə mərhələli şəkildə müqayisə edilir və üstünlük müvafiq göstəricilərə əsasən müəyyənləşdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Dünən, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Dünən, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Dünən, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Dünən, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
19 oktyabr 2026, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
19 oktyabr 2026, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Kriminal
19 oktyabr 2026, 15:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
19 oktyabr 2026, 15:10

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı

Bütün xəbərlər
19 oktyabr 2026, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 oktyabr 2026, 14:00

Lənkəran Dövlət Universitetində 49 min manatlıq layihə hazırlanacaq

Oxşar xəbərlər