Lənkəran şəhərində əmək yarmarkası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində verir.
Tədbir 23 oktyabr saat 10:00-da Heydər Əliyev Mərkəzində (Zərifə Əliyeva küçəsi) baş tutacaq. Burada vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat veriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir, CV nümunəsinin gətirilməsi arzuolunandır.
Qeyd edək ki, tədbir Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının dəstəyi ilə təşkil olunacaq.