Azərbaycanın “Hirkan meşələri” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində Azərbaycanın UNESCO-dakı nümayəndəliyinə istinadən verir.
Bu barədə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul olunub.
Məlumatda bildirilir ki, bu, Azərbaycanın ilk təbii ərazisidir ki, Ümumdünya İrs Siyahısına daxil edilib.